Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin "Kompleks geokimyəvi tədqiqatlar" şöbəsinin müdiri vəfat edib

31 Avqust 2024
RSXM-nin "Kompleks geokimyəvi tədqiqatlar" şöbəsinin müdiri vəfat edib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Kompleks geokimyəvi tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Ramidə Kərəmova vəfat edib.

Ramidə Kərəmova 1947-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geoloji-kəşfiyyat fakültəsində "faydalı qazıntılar yataqlarının axtarışı və kəşfiyyatı" ixtisası üzrə ali təhsil alıb. Daha sonra həmin universitetdə "hidrogeologiya" ixtisası üzrə aspirantura oxuyub.

Bir neçə elmi əsərin müəllifi olan R.Kərəmova həm də Azərbaycan Seysmoloqları Assosiasiyasının üzvüdür.

1979-cu ildə, Azərbaycanda ilk dəfə olaraq, Ramidə Kərəmovanın rəhbərliyi altında güclü zəlzələlərin seysmik proqnozu məsələlərinin həlli üçün yeni elmi istiqamət - seysmogeokimya işlənməyə başlayıb, hansı ki, elmin üç sahəsinin – hidrogeologiya, geokimya və seysmologiya kəsişməsində yaradılmışdır. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyinin tapşırığı ilə Azərbaycanın seysmogen zonalarında seysmogeokimyəvi stansiyalar yaradılıb və flüidlərin ilboyu aparılan seysmogeokimyəvi monitorinqini təşkil edib.

Ramidə Kərəmova tərəfindən SFGD monitoringi asasında geoloji-kəşfiyyat quyularının qazılması zamanı baş verən qəzaların qarşısının alınması üçün metod işləyib hazırlanmışdır.

Ramidə Kərəmova uzun sürən xəstəlikdən sonra 77 yaşında dünyasını dəyişib.

Ramidə Kərəmovanın xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Allah rəhmət eləsin!

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə