Geodinamika
Geodinamik tədqiqatlar kosmosdan Yerin məsafədən zondlaması nəticəsində Yer qabığının quruluşu və geodinamik vəziyyətinin öyrənilməsinin elmi və metodoloji əsasını təşkil edir. Geodinamik modellərinin yaradılmasında ən mühüm element Yer səthində baş verən dəyişiklikləri müəyyən edən komponentidir.
Eksperimental məlumat əldə etmək üçün ən effektiv yol - geodinamik test əsasında Yerə yaxın səthi təbəqələrinin hərtərəfli geomexaniki prosesləri öyrənməkdir. Bunun üçün məkan məlumatları əldə etmək üçün təkrar müşahidə aparılır.
Qəbul edən üsullardan biri - dünyada geniş yayılmış peyk vasitəsi ilə qlobal naviqasiya sistemləri (GNSS) metodudur. GNSS texnologiyaları arasında geniş sahədə geodezik tədqiqatlar aparmaq və yüksək dəqiqlik əldə etmək üçün ən müasir (bütün ölçüləri ilə 3-10 mm texnologiyalar GPS – stansiyalarıdır. AMEA nəzdində RSXM-də geodinamik tədqiqatlara 2012-ci ildə başlanılmışdır. Hazırda respublika ərazisində 24 GPS (Trimble) stansiyalar quraşdırılmışdır.
Bir GPS stansiya isə dünyada ilk dəfə olaraq Azərbaycan ərazisində Saatlı rayonunda qazılmış və dərinliyi 8324 metr olan quyu üzərində quraşdırılmışdır.
SATG (Saatlı) _GPS stansiyası LRKG (Lerik)_GPS stansiyası JLVG (Çilov ad.)_GPS stansiyası