Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Geofizika

Geofiziki (qravi-maqnitometrik) metodla müxtəlif geoloji quruluşlu əyalətləri ayırmaq, onların tektonik rayonlaşdırılması, Yerin forması, qalınlığı, daxili quruluşu, öz oxu ətrafında fırlanması, Ay və Günəşin cazibə təsirindən qabıqda baş verən qabarma-çəkilmə proseslərinin qeyd olunması ilə paralel geomaqnit sahə gərginliyinin və qravitasiya potensialının zaman-məkan dəyişmələri öyrənilir.

Geomaqnit tədqiqatlar

Geomaqnit tədqiqatlar iki istiqamətdə aparılır:

1.Seysmomaqnit effekti aşkar etmək məqsədilə geomaqnit sahə gərginliyinin fasiləsiz variasiyalarının monitorinqi.

-Güclü zəlzələlər zamanı (ml≥4.5) seysmomaqnit effektin aşkarlanması

-Aşkarlanan seysmomaqnit effektin zəlzələ ocaqlarının mexanizm və parametrlərindən asılılıq kriteriyalarının müəyyən edilməsi

2.Güclü zəlzələ ocaqlarının gərginlik-deformasiya vəziyyətini qiymətləndirmək məqsədilə geodinamik poliqonlarda diskret addımla geomaqnit sahə gərginliyinin məkan-zaman dəyişmələrinin monitorinqi.

Müşahidələr ABŞ istehsalı olan müasir G-856 markalı proton tipli maqnitometrlərlə aparılır.

Tədqiqatlar Azərbaycanın Şəki-Şamaxı-Balakən, Kürətrafı-Talış, Quba-Xəzəryanı və Gəncə-Qazax geodinamik poliqonlarında aparılır. Nəticədə qeyd olunan poliqonlarda geomaqnit sahəsinin gərginlik-deformasiya vəziyyətini əks etdirən 2D formatında sxematik xəritəsi və 3D modeli tərtib olunur.

Yerinə yetirilmiş tədqiqatlar nəticəsində AMEA nəzdində RSXM-də məlumatların elektron informasiya bankı yaradılmışdır.

Gələcəkdə Qarabağ iqtisadi zonasında yeni geodinamik poliqonların yaradılması nəzərdə tutulur.

 

  

        Maqnitometr

                                                           

Kürətrafı-Talış poliqonunda mühitin gərgin-deformativ vəziyyətinin geomaqnit sahə gərginliyi artımlarının 2D və 3D formatında əks olunması

                                                                 

 

               Şamaxı-Balakən poliqonunda sahə gərginliyinin artımlarının 2D və 3D formatında əks olunması

                                                                                                                                  Qravimetrik tədqiqatlar

Qravimetrik tədqiqatlarla Yerin daxili quruluşunda və onun səthində ağırlıq qüvvəsinin dəyişmə xüsusiyyətləri öyrənilir. Bu metodla Yerin daxilində müxtəlif sıxlıqlı kütlələrin paylanması, geodinamik poliqonların dərinlik tektonik quruluşunun öyrənilməsi, seysmoaktiv zonaların tektonik rayonlaşdırılması, regional və lokal anomaliyaların aşkarlanması işləri yerinə yetirilir. Aşkarlanan anomaliyaların baş verən güclü zəlzələlərlə və dərinlik qırılmalarla əlaqəsi araşdırılır.

Stasionar qravimetrik rejim müşahidə işləri

Stasionar tədqiqatlar Şəki, Qazax, Lənkəran və Bakı şəhərində 4 ədəd son modifikasiyalı Kanada istehsalı olan CG-5 AutoGrav tipli qravimetrlərlə fasiləsiz aparılır. Məqsəd seysmoaktiv zonalarda  Ay və Günəşin cazibə təsirindən ağırlıq qüvvəsinin zaman-məkandan asılı Yer qabığında baş verən qabarma-çəkilmə  variasiyalarının dəyişmə qanunauyğunluğunun öyrənilməsidir.

                                                                                                                                            

                   Geodinamik poliqonlarda aparılan diskret qravimetrik tədqiqatlar

Yüksəkdəqiqlikli diskret qravimetrik müşahidələr Respublika Seysmoloji Xidmət Mərkəzinin yaratdığı geodinamik poliqonlarda il ərzində mütəmadi yerinə yetirilir. Nəticədə yuxarıda qeyd olunan geodinamik poliqonlar üçün hər ay qravimetrik  sahə gərginliyini əks etdirən 2D formatında sxematik xəritəsi və 3D modeli qurulur. Tərtib olunmuş xəritələr ərazinin geodinamikası ilə, həm də,  geomaqnit sahə gərginliyinin dəyişmə xəritə və sxemlərlə kompleks interpretasiya olunaraq il ərzində seysmoaktiv zonalar aşkarlanır. Nəticədə belə zonalar üçün qravitasiya potensialının 2-ci tərtib törəmə metodu tətbiq olunaraq ərazinin dərinlik-tektonik quruluşu və gərginlik- deformasiya vəziyyəti yenidən dəqiqləşdirilir.

                                                                                

 

 

 

 

 

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə