Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Hidrogeokimyəvi tədqiqatlar

Tədqiqatlar ilk dəfə olaraq AMEA nəzdində RSXM-də 1979-cu ildə başlamış və bu vaxta kimi  davam edir.

Geokimya yeraltı suların əmələ gəlməsini, kimyəvi, bakterioloji, qaz tərkibini, yayılma qanunauyğunluqlarını, fiziki və kimyəvi xüsusiyyətlərini, atmosfer çöküntüləri və yerüstü sularla qarşılıqlı əlaqəsini, rejimini (monitorinq) öyrənən elmdir.

Hidrogeоkimyəvi mоnitоrinqin əsas məqsədi Azərbaycan ərazisində və o cümlədən Xəzər dənizində və  qonşu ölkələrlə sərhəd zonalarında baş vermiş güclü zəlzələlərin Azərbaycanın flüidogeokimyəvi sahələrinə təsirinin araşdırılmasıdır. Yeraltı suların makro və mikroelementlərinin ilboyu hidrogeokimyəvi  monitorinqi  unifikasiya olunmuş metodla Abşeron, Şamaxı, Şəki, Siyəzən və Xaçmaz seysmogen zonalarının (hidrogeokimyəvi parametrlərin genezisinə və miqrasiya şərtlərinə görə fərqli olan) 13 müşahidə obyektində aparılır.

Geokimyəvi stansiyalarda gündəlik aparılan müşahidələrə quyu və bulaq  sularının temperaturunun, səviyyəsinin ölçülməsi, laboratoriya şəraitində sonrakı təhlil üçün su nümunəsinin götürülməsi və su nümunələrində mühitin turş-əsas xassəsi (pH), oksidləşmə-reduksiya potensialı (Eh), xlor (Cl-), hidro karbonat (HCO3-), karbonat (CO3-2), sulfat (SO4-2), natrium (Na+), kalium (K+), kalsium (Ca+2), maqnezium (Mg+2), dəmir (Fe2+) ionlarının, suda həll olmuş radon qazının (Rn) konsentrasiyası, ümumi codluq və suyun minerallaşma dərəcəsi müəyyən edilməsi daxildir.

Suyun minerallaşma dərəcəsinin zəlzələdən əvvəl dəyişməsinin 3D qrafiki

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə