AFAD-ın Zəlzələ Departamenti ilə RSXM arasında seysmik stansiyaların məlumat mübadiləsi həyata keçirilir
6-10 fevral 2023-cü il tarixlərində Azərbaycanda səfərdə olan Türkiyə DİN-nin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamentinin əməkdaşları səfərləri çərçivəsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin Tədqiqatı bürosu”nun əməkdaşları ilə birgə iki ölkə arasında seysmik stansiya məlumatlarının mübadiləsinə dair müzakirələr aparıblar.
Qeyd edək ki, tərəflər arasındakı razılaşmaya əsasən hər iki tərəfdən sərhəd bölgələrində yerləşən 10 seysmik stansiyaların məlumatlarının qarşılıqlı olaraq mübadiləsi həyata keçirilir. Həmçinin türkiyəli mütəxəssislər zəlzələ məlumatlarının emalında SeysComP4 proqramının istifadəsi ilə bağlı RSXM əməkdaşlarına təlimatlar veriblər.