Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də iclas keçirilib

4 İyun 2024
RSXM-də iclas keçirilib

İyunun 4-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində iclas keçirilib.

İclasda RSXM-nin “Şəki” seysmik stansiyasının müdiri Aydın Abbasovun 70 illik yubileyi qeyd olunub. Yubilyar iclasa “Zoom” platforması üzərindən qoşulub. Həmçinin, mərkəzin respublikamızın ayrı-ayrı rayonlarında olan seysmik stansiyalarının əməkdaşları da onlayn şəkildə iclasda iştirak ediblər.

AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Aydın Abbasovun uzun illərdən bəridir ki, RSXM-də çalışdığını, öz işgüzarlığı və davranışı ilə kollektiv arasında böyük hörmət qazandığını qeyd edib.

Baş direktor A.Abbasovun 70 illik yubileyi münasibəti ilə RSXM-i tərəfindən “Fəxri Fərman”la təltif olunduğunu bildirərək, yubilyarı bir daha təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.

RSXM-nin “Şəki” seysmik stansiyasının müdiri Aydın Abbasov göstərilən diqqətə görə öz minnətdarlığını bildirərək, mərkəz rəhbərliyinin hər zaman öz əməkdaşlarına diqqət və qayğı ilə yanaşdığını qeyd edib.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə