Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol Azərbaycana səfərə gəlib

24 Noyabr 2022
ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol Azərbaycana səfərə gəlib

ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol Azərbaycana səfərə gəlib. Səfərin məqsədi “Qafqaz kəsilişi” layihəsi üzrə aparılan birgə tədqiqat işləri ilə bağlıdır. Noyabrın 24-də amerikalı seysmoloq AMEA nəzdində RSXM-nin Monitorinq Mərkəzində olub. Erik Sandvol RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüb. Görüşdə “Qafqaz kəsilişi” layihəsi çərçivəsində bu vaxta qədər aparılmış işlər və qarşıda duran vəzifələrlə bağlı məsələlər müzakirə olunub. Müzakirələrdə RSXM-nin “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov da iştirak edib.

 Həmçinin, amerikalı seysmoloq səfəri çərçivəsində “Zəlzələlərin tədqiqat bürosu”nun və “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin əməkdaşları üçün treninq keçib. 

Qeyd edək ki, E.Sandvol “Qafqaz kəsilişi” layihəsinin həyata keçirildiyi İsmayıllı, Ağcabədi, Füzuli (Alxanlı kəndi), Ucar və Hacıqabul rayonlarına da səfər edəcək. 

Erik Sandvolun səfəri noyabrın 27-ə qədər davam edəcək.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə