Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin əməkdaşları doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransında iştirak ediblər

2 Noyabr 2026
RSXM-nin əməkdaşları doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransında iştirak ediblər

30-31 oktyabr 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı – NASCO 29 keçirilib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları konfransa onlayn formatda qoşulublar.

RSXM-nin “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin kiçik elmi işçisi Simarə Məmmədzadə “2019-cu il İsmayıllı seysmik aktivliyi və palçıq vulkanizminin yeraltı suların hidrogeokimyəvi göstəriciləri ilə əlaqəsi”, “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin elmi işçisi İlhamə Cəlilova isə “Ana süxurların mühəndis-litoloji və seysmik xüsusiyyətlərinin qiymətləndirilməsi (Xətai rayonu timsalında)” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdən sonra RSXM-nin əməkdaşları iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə