Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin əməkdaşları BDU-da keçirilən konfransda iştirak ediblər

27 Oktyabr 2026
RSXM-nin əməkdaşları BDU-da keçirilən konfransda iştirak ediblər

27-28 oktyabr 2026-cı il tarixində Bakı Dövlət Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Yer təkinin öyrənilməsi və mineral ehtiyatlarının proqnozlaşdırılması”mövzusunda II Respublika Elmi konfransı keçirilib. Konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin elmi işçisi İlhamə Cəlilova “Abşeron yarımadasında hidrogeoloji şəraitin qruntların fiziki-mexaniki xassələrinə təsiri (Xətai rayonu ərazisi üzrə) və “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin kiçik elmi işçisi Simarə Məmmədzadə “Seysmik proseslərin tədqiqində geofiziki və hidrogeokimyəvi monitorinqin rolu” mövzusunda məruzə ilə çıxış ediblər.

Məruzələrdən sonra RSXM-nin əməkdaşları iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə