Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

AMEA-nın komandası minifutbol yarışının qalibi olub

31 Oktyabr 2025
AMEA-nın komandası minifutbol yarışının qalibi olub

Oktyabrın 31-də Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində  Vətən müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümünə  və  Azərbaycan  Milli  Elmlər Akademiyasının  təsis edilməsinin 80 illik yubileyinə həsr  olunan  Yasamal  rayonu  ərazisində  fəaliyyət  göstərən təşkilat və müəssisələrdə çalışan əməkdaşlardan ibarət minifutbol komandaları arasında baş tutan idman yarışının final mərhələsi, silsilə  idman  yarışlarının (minifutbol, şahmat və dama) və Azərbaycan Milli Elmlər Akademiyasının institutları arasında baş tutmuş minifutbol idman növü üzrə yarışı başa çatıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədr müavini Musa Mirzəyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun müdiri İlham Səfərov və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov çıxış edərək komandaları təbrik ediblər.

Daha sonra iştirakçı komandaların üzvləri mükafatlandırılıblar.

Qarşılaşmaların nəticəsinə əsasən üçüncü yerin sahibi “Aztelekom MMC”nin komandası, ikinci yerin sahibi Bakı Dövlət Universitetinin komandası, birinci yerin sahibi isə Azərbaycan Milli Elmlər Akademiyasının komandası olub.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının komandası AMEA Rəyasət Heyəti və akademiyanın elmi, müəssisə və təşkilatlarının əməkdaşlarından ibarətdir. Komandanın iki nəfər üzvü AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşıdır.

Sonda xatirə şəkilləri çəkdirilib.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə