Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Avropa İttifaqının nümayəndəsi RSXM-də olub

28 Aprel 2022
Avropa İttifaqının nümayəndəsi RSXM-də olub

Aprelin 28-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Avropa İttifaqının Təbii və Texnogen Fəlakətlərin Qarşısının Alınmasına Hazırlıq məsələləri üzrə Şərq Proqramının üçüncü fazasının qrup rəhbəri Peter Glerumla görüş keçirilib. Görüşdə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, baş mühəndis Ramiz İskəndərov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Telman Cəfərov və İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı iştirak ediblər.

 

İlk əvvəlcə səfərinin məqsədi barədə danışan Peter Glerum bildirib ki, onları maraqlandıran əsas məsələlər zəlzələ zamanı yaranan risklərin azaldılması və seysmikliyin qiymətləndirilməsi ilə bağlıdır. Bu istiqamətdə RSXM tərəfindən aparılan işlərlə yaxından maraqlandıqlarını bildirən qonaq mərkəzlə əməkdaşlıq etmək niyyətində olduqlarını qeyd edib.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli görüşdə qonağa Azərbaycan ərazisində aparılan seysmik qiymətləndirilmə işləri və bu vaxta qədər görülmüş işlər haqqında ətraflı məlumat verib. Baş direktor deyib ki, Azərbaycan ərazisi, xüsusilə də Bakı şəhərinin ərazisi mürəkkəb geoloji quruluşa malikdir. Ona görə də burada hər hansı tikinti işləri aparılarkən həmin ərazinin seysmikliyinin ayrı şəkildə öyrənilməsi vacibdir. 

 

Qonağa həmçinin mərkəzdə aparılan kompleks seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar və əldə olunmuş nəticələr haqqında da məlumat verilib. Tərəflər Azərbaycan ərazisində seysmik qiymətləndirilmə və seysmik riskin azaldılması sahəsində əməkdaşlığın həyata keçirilməsi üçün geniş imkanların olduğunu qeyd edərək, bu istiqamətdə əməkdaşlığa başlanmasının zəruriliyini vurğulayıblar. 

Görüş xatirə şəkilinin çəkilməsi ilə başa çatıb.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə