Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

“Azərbaycanın müasir seysmodinamik şəraiti” mövzusunda iclas keçirilib

29 May 2025
“Azərbaycanın müasir seysmodinamik şəraiti” mövzusunda iclas keçirilib

29 may 2025-ci il tarixində SOCAR Upstream International Management MMC şirkətinin təşəbbüsü ilə “Azərbaycanın müasir seysmodinamik şəraiti” mövzusunda iclas keçirilib.

İclasda SOCAR Upstream International Management MMC, SOCAR Midstream MMC və SOCAR-ın Birgə Müəssisələr və Əməliyyat Şirkətlərinin əlli nəfər əməkdaşı iştirak edib.

Onlayn formatda keçirilən tədbirin əsas məqsədi son vaxtlar dünya ölkələrində, eləcə də qardaş Türkiyə ərazisində baş verən zəlzələlərin Cənubi Qafqaz bölgəsinə və Azərbaycana təsirləri ilə bağlı olub.

İclasda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycanın seysmik şəraiti və dünyada artan seysmik aktivliyin bölgəyə təsirləri ilə bağlı çıxış edib. Öz çıxışında Azərbaycanda aparılan kompleks geofiziki-seysmoloji-geokimyəvi tədqiqatlar  haqqında ətraflı məlumat verən baş direktor Azərbaycandakı seysmik şərait haqqında da danışıb.

Cənubi Qafqaz regionun seysmik aktiv bölgə olduğunu qeyd edən baş direktor bildirib ki, Azərbaycan seysmik bölgədə yerləşdiyinə görə bizim respublikamızın ərazisində də vaxtaşırı zəlzələlər qeydə alınır. Maqnitudası 3 və 3-dən yuxarı olan bütün zəlzələlər haqqnda ictimaiyyətin məlumatlandırıldığını bildirən baş direktor zəlzələlərin proqnozu məsələsinə də toxunub. Professor Qurban Yetirmişli bildirib ki, zəlzələlərin uzaq və orta müddətli proqnozu mümkündür. Lakin bu günə qədər heç bir ölkədə zəlzələnin dəqiq proqnozunu vermək mümkün deyil. Professor bunun zəlzələ ocaqlarının Yerin dərin qatlarında yerləşməsi və digər parametrlərlə bağlı olduğunu deyib.

RSXM-nin baş direktoru çıxışı zamanı həmçinin mərkəzdə aparılan geofiziki və geokimyəvi tədqiqatlar, GPS monitorinq sistemi ilə aparılan geodinamik tədqiqatlar alınmış nəticələr, palçıq vulkanlarının dinamikasının seysmik stansiyalar vasitəsi ilə öyrənilməsi, mərkəzin beynəlxalq seysmoloji təşkilatlarla əməkdaşlığı və digər mövzularda da iştirakçıları məlumatlandırıb.

O, çıxışında geoloji amillərin neft hasilatı proseslərinə və təhlükəsizlik məsələlərinə təsirinin elmi cəhətdən qiymətləndirilməsi haqqında da məlumat verib.

Daha sonra iştirakçıları maraqlandırılan suallara aydınlıq gətirilib.

SOCAR Upstream International Management şirkətinin nümayəndələri təqdim olunan məruzəni yüksək qiymətləndirərək mərkəzlə bu istiqamətdə gələcəkdə də əməkdaşlıq etməyə maraqlı olduqlarını bildiriblər.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə