“Euronews” kanalında Azərbaycandakı palçıq vulkanlarına həsr olunmuş proqram yayımlanıb
Avropanın məşhur “Euronews” kanalında Azərbaycanla bağlı yayımlanan silsilə filmlər çərçivəsində ölkəmizdəki palçıq vulkanlarına həsr olunmuş proqram yayımlanıb.Telekanalın aparıcısı Monika Pinnanın müəllifi olduğu proqramda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova ölkəmizdəki palçıq vulkanlarının morfoloji, izotop-kimyəvi xüsusiyyətləri, əmələgəlmə şəraiti və təsnifatına dair məlumatlar verib. Şöbə müdiri çıxışında palçıq vulkanlarının ətraf mühitə təsiri və onun faydalı xüsusiyyətləri də ilə bağlı da ətraflı açıqlama verib.
Həmçinin Azərbaycanda palçıq vulkanlarının seysmik stansiyalar vastəsi ilə izlənməsi məqsədi ilə dünyada ilk dəfə olaraq Abşeron yarımadasındakı palçıq vulkanları ətrafında 12 seysmik stansiyanın quraşdırıldığı bildirilib.
Proqramla tanış olmaq istəyənlər videomaterialı AMEA nəzdində RSXM-nin Youtube səhifəsindən izləyə bilərlər: