Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

GEANT nümayəndələri RSXM-də olublar

11 May 2022
GEANT nümayəndələri RSXM-də olublar

Mayın 11-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Avropa Milli Tədqiqat və Təhsil Şəbəkəsinin (GEANT) nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə AMEA nəzdində RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru Rauf Muradov, “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, GEANT-ın layihə meneceri İrina Mattheus, kommunikasiya üzrə menecer Rozanna Norman, kommunikasiya üzrə menecer Neringa Jackvaus, şəbəkə meneceri İeva Muraskine (Litva), GEANT-ın nümayəndəsi Steffie Bosman və TUBİTAK-ın Türkiyə üzrə təmsilçisi Ebru Soyuyüce Aydın iştirak ediblər. 

 

RSXM-nin icraçı direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Rauf Muradov mərkəzdə aparılan tədqiqatlar haqqında qonaqlara məlumat verib. 

“Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova RSXM-nin seysmik monitorinq şəbəkəsinin qurulması, seysmik stansiyalardan alınan məlumatların emalı, beynəlxalq qrant layihəsi çərçivəsində yeni quraşdırılan seysmik stansiyalar, eləcə də Qarabağda quraşdırılacaq yeni seysmik stansiyalar haqqında qonaqlara məlumat verərək, burada görülən işlərə dair verilən sualları ətraflı məlumatlandırıb.

 

Büronun əməkdaşı Yeganə Muradova isə zəlzələyə dair məlumatların qəbulu, emalı, tətbiq olunan emal proqramları və yeni texnologiyaların tətbiqi nəticəsində əldə olunan məlumatlara dair təqdimatla çıxış edib.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov bildirib ki, AMEA İnformasiya  Texnologiyaları İnstitutunun ən yaxın əməkdaşlıq etdiyi təşkilatlardan biri də RSXM-dir. O, RSXM-nin arxiv məlumatlarının institutun Data Mərkəzində yerləşdirilərək mühafizə olunduğunu qeyd edib. 

                     

Tədbirdə GEANT nümayəndələri görülən işlərə öz fikirlərini açıqlayaraq, mərkəzdə qurulan sistemin olduqca müasir və ölkə üçün böyük əhəmiyyət daşıdığını bildiriblər. 

Qeyd edək ki, bu ilin sentyabr ayında GEANT-ın təşkilatçılığı və AMEA İnformasiya Texnologiyalar İnstitutunun dəstəyi ilə Bakıda Beynəlxalq konfrans keçiriləcək. Konfransda 50 ölkənin nümayəndələrinin iştirakı nəzərdə tutulub. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə