Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Hacıqabul rayonunun ərazisində palçıq vulkanının püskürməsi qeydə alınıb

30 Yanvar 2026
Hacıqabul rayonunun ərazisində palçıq vulkanının püskürməsi qeydə alınıb

30 yanvar 2026-cı il tarixində yerli vaxtla saat 16:53-də Hacıqabul rayonunda  Durandağ palçıq vulkanının növbəti püskürməsi qeydə alınıb.

Palçıq vulkanının püskürməsi AMEA nəzdində RSXM-nin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb. RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub.  Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji 3.38×10^6 coul olub. 

Püskürmə yerli vaxtla saat 11:45-də zəif titrəyişlərlərlə başlamış,  saat 16:53-də güclü partlayışla davam etmişdir. Qaz yanması və alov sütunu 300-350 metr hündürlüyə qalxması və brekçiyanın vaxtaşırı tullanması ilə müşaiyət olunmuşdur. Püskürmə prosesi 13 dəqiqə davam etsə də, alovun yanması hələki davam edir. 

Qeyd edək ki, vulkanın ilk püskürməsi 1960-cı il 18 iyunda baş vermişdir. Sonrakılar 1968, 1986, 2001 və 2004-cü ildə olmuşdur. Vulkanın hündürlüyü 302 metrdir və ətraf yerlərdən 200 metr yüksəlir. 

 

 

 

 

 

 

 

 

 

 

 

      

https://youtu.be/Lo8dcXeG3aY 

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə