İstanbulda “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsinin iştirakçılarının iclası keçirilir
9 may 2022-ci il tarixində Türkiyə Respublikasının İstanbul şəhərində “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsində iştirak edən tərəfdaş ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə iclas öz işinə başlayıb. 9-11 may tarixlərində keçiriləcək iclasda tərəfdaş ölkələrin layihə çərçivəsində bu vaxta qədər gördükləri işlər və əldə olunmuş nəticələr müzakirə olunacaq.
İclasda Azərbaycanı
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA nəzdində Respublika Seysmoloji
Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban
Yetirmişli, RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri,
geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Zəlzələlərin
tədqiqatı bürosu”nun rəis müavini, sistem adminstratoru Ruqiyyə Kərimova və "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri Telman Cəfərov təmsil edirlər.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində həmçinin 12-13 may tarixlərində “Qafqaz və Mərkəzi Asiyada seysmik təhlükənin ehtimal qiymətləndirilməsi” mövzusunda keçiriləcək iclasda da iştirak edəcək.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi