Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Kanadanın Viktoriya Universitetinin professoru Tuna Onur Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda olub

24 Oktyabr 2022
Kanadanın Viktoriya Universitetinin professoru Tuna Onur Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda olub

Azərbaycanda səfərdə olan Kanadanın Viktoriya Universitetinin professoru Tuna Onur oktyabrın 24-də Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda olub. Görüşdə institutun direktoru Abdı Qarayev, direktor müavini Nizami Yusifov, laboratoriya müdiri Rövşən Rzayev, AMEA nəzdində RSXM - nin “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, kiçik elmi işçilər- İlhamə Cəlilova  və Firuzə Mehdizadə iştirak ediblər.

Professor Tuna Onur hazırda dünya ölkələrində seysmik riskin qiymətləndirilməsi sahəsinə tətbiq olunan üsul və metodlardan danışaraq, özünün bu sahədə apardığı tədqiqatlar və əldə etdiyi son nəticələr haqqında məlumat verib.

Görüş zamanı Azərbaycanın Seysmik Rayonlarında Tikinti Norma və Qaydalarının  beynəlxalq standartlara uyğunlaşdırılmasının vacibliyi vurğulanıb. Tərəflər AMEA nəzdində RSXM, Az İMETİ və Kanada Universiteti arasında  birgə əməkdaşlığın həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə