Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Missuri Universitetinin nümayəndələri Azərbaycanda səfərdədirlər

1 İyun 2022
Missuri Universitetinin nümayəndələri Azərbaycanda səfərdədirlər

ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol və universitetin elmi işçisi Oğuzxan Yalvac Azərbaycana səfərə gəliblər. Səfərin məqsədi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, ABŞ-ın Missuri Universiteti və Ukrayna  Elm və Texnologiya Mərkəzinin birgə həyata keçirdiyi “Qafqaz kəsilişi" layihəsi çərçivəsində görülən işlərin hazırki vəziyyəti ilə tanışlıqdır. 

 

Qeyd edək ki, qonaqlar iyunun 1-də RSXM-nin Monitorinq Mərkəzində olublar. “Qafqaz kəsilişi” layihəsinin icra vəziyyətinə dair aparılan müzakirələrdə “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya - minerologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, "Zəlzələlərin tədqiqatı bürosu"nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büro rəisinin müavini, sistem adminstratoru Ruqiyyə Kərimova və müvafiq şöbələrin əməkdaşları iştirak ediblər. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə