Qərbi Kaspi Universitetinin tələbələrinin RSXM-də istehsalat təcrübəsi başa çatıb
Mayın 24-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Yer Elmləri seksiyasının iclası keçirilib. İclasda AMEA nəzdində RSXM-də istehsalat təcrübəsi keçən Qərbi Kaspi Universitetinin tələbələrinin təcrübə dövründə öyrəndikləri praktiki biliklərinin nəticəsi müzakirə olunub.
RSXM-nin “Seysmologiya” şöbəsinin müdiri, Yer Elmləri seksiyasının rəhbəri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli bildirib ki, Qərbi Kaspi Universiteti ilə AMEA nəzdində RSXM arasında bağlanmış müqaviləyə əsasən hər il universitetin bir qrup tələbəsi mərkəzin müvafiq şöbələrində istehsalat təcrübəsi keçirlər. Bu il də universitetin bir qrup tələbəsi mərkəzin müvafiq şöbələrində istehsalat təcrübəsi keçiblər.
Daha sonra Qərbi Kaspi Universitetinin tələbələri - Aqşin Həsənov “Xətai rayonu ərazisində tikinti sahələrinin mühəndisi-geoloji və mühəndisi-seysmoloji şəraitinin araşdırılmasının nəticələri (RSXM-nin fond materialları əsasında - 1998-2019-cu illər)”, İlahə İskəndərova “Linux əməliyyat sistemi, onun strukturu və komandaları”, Nigar Əliyeva “Binəqədi və Nizami rayonları ərazisində tikinti sahələrinin mühəndisi-geoloji və mühəndisi-seysmoloji şəraitinin araşdırılmasının nəticələri (RSXM-nin fond materialları əsasında - 1998-2019-cu illər)” mövzusunda məruzələrini təqdim ediblər.
Daha sonra təqdim olunmuş məruzələr müzakirə olunub, maraq doğuran suallara aydınlıq gətirilib.