Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Yüksək Texnologiyalar Mərkəzi arasında Memorandum imzalanıb

20 Oktyabr 2022
Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Yüksək Texnologiyalar Mərkəzi arasında Memorandum imzalanıb

Oktyabrın  20-də  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Yüksək Texnologiyalar Mərkəzi arasında  birgə elmi tədqiqatlar, istehsalat və tədris-metodiki fəaliyyət sahəsində əməkdaşlıq və tərəfdaşlıq haqqında Memorandum imzalanıb. 

Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Yüksək Texnologiyalar Mərkəzinin “Zoom” platforması üzərindən təşkil etdiyi “Elm və İnnovasiya” Beynəlxalq Konfransı çərçivəsində keçirilən imzalanma mərasimindən sonra AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən RSXM-nin baş direktoru, AMEA - nın müxbir üzvü, professor Qurban Yetirmişlinin və “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımovanın həmmmüəllifi olduqları “İkiqat fərqlər üsulu ilə Azərbaycan ərazisinin Yer qabığının seysmik tomoqrafik modeli” mövzusunda məruzə təqdim olunub. Məruzəni mərkəzin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova təqdim edib. 

 Qeyd edək ki, iclasda AMEA nəzdində RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov və “İnformasiya” şöbəsinin müdiri Vüsalə Rafiqqızı iştirak ediblər. 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə