Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də 8 noyabr - Zəfər Günü qeyd olunub

4 Noyabr 2022
RSXM-də 8 noyabr - Zəfər Günü qeyd olunub

Noyabrın 4-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 8 noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə RSXM-nin Həmkarlar Təşkilatının təşəbbüsü və maliyyə dəstəyi ilə mərkəzin Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində iştirak edən 15 əməkdaşının döyüş yolunu əks etdirən stendin açılışı olub. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması, eləcə də işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması uğurunda öz canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov çıxış edərək Azərbaycan xalqının Prezidenti, Ali Baş Komandanı ətrafında bir yumruq kimi birləşərək qələbə qazandığını bildirib. 

RSXM-nin Həmkarlar Təşkilatının sədri, “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna bayram olduğunu vurğulayıb.

RSXM-nin baş mühəndisi Ramiz İskəndərov isə çıxışında bildirib ki, Zəfər Günü təkcə qələbə günü yox, həm də xalq-dövlət birliyinin rəmzi günü kimi qəbul olunmalıdır. “Biz bu qələbəyə görə öz Ali Baş Komandanımıza, ordumuza, şəhidlərimizə, qazilərimizə borcluyuq. Vətən müharibəsində əbədiyyətə qovuşmuş şəhidlərimizin valideynlərinin övlad nisgilini onların yanında olmağımızla yox edə bilməsək də, bu ağır itkinin hamımızı ağrıtdığını bildirmək istəyirəm. Bütün Şəhidlərimizin qarşısında baş əyirəm”. 

RSXM-nin “Bərdə” seysmik stansiyasının müdiri, I Qarabağ müharibəsinin və Vətən müharibəsinin iştirakçısı, mayor Gəray Əsədov bildirib ki, son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirib. Şəhidlərimiz və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir.

 Tədbir 8 noyabr – Zəfər Gününə həsr olunmuş filmin nümayişi ilə yekunlaşıb.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə