Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də Elmi-Texniki Şuranın iclası keçirilib

28 Fevral 2025
RSXM-də Elmi-Texniki Şuranın iclası keçirilib

Fevralın 28-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi-Texniki Şuranın (ETŞ) iclası keçirilib.

İclasda AMEA-nın Yer Elmləri bölməsinin üzvləri, Elmi-Texniki Şuranın üzvləri, RSXM-nin rəhbərliyi, müvafiq şöbələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Elmi-Texniki Şuranın iclasında çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli əvvəlcə gündəliyə daxil olan məsələlər haqqında məlumat verib.

Daha sonra "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri,  geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Xəzər dənizinin tektono-geofiziki modeli (2025-2027)”, "Geoekologiya" şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov “Seysmoaktiv ərazilərdə radon emissiyasının dinamikası (2025-2027)”, "Mühəndis seysmologiyası və seysmik mikrorayonlaşdırma" şöbəsinin müdiri vəzifəsini icra edən Lalə Fəttahova “Tikintisi nəzərdə tutulan ərazilərdə ana süxur horizonunun müəyyən edilməsi (2025-2027)” (Müəlliflər: geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev və Lalə Fəttahova) mövzularında məruzələr təqdim ediblər.

İclasda həmçinin AMEA nəzdində RSXM-də çalışan bakalavr, magistr, doktorant, dissertant və mühəndislərə 2025-ci ildə keçirilməsi nəzərdə tutulan ixtisas və xarici dil kursları üzrə tədris proqramının təsdiq edilməsi haqqında məsələyə də baxılıb. "Qravimetriya" şöbəsinin böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Mahirə Tağıyeva RSXM-də çalışan gənc alim və mütəxəssislər üçün keçirilən ixtisas və xarici dil kursları haqqında məlumat verib.

Təqdimatdan sonra məruzələr ətrafında müzakirələr aparılıb və məruzələr Elmi-Texniki Şura üzvləri tərəfindən qəbul olunub.

Məruzəçilərin təqdimatından və iştirakçıların suallarının cavablandırılmasından sonra Elmi-Texniki Şuranın üzvlərinin siyahısında bəzi dəyişikliklər edilib. RSXM-nin "Kompleks tədqiqatların elmi araşdırılması" şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov və "Geoekologiya" şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov Elmi-Texniki Şuranın üzvləri seçiliblər.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə