Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də Elmi-Texniki Şuranın iclası keçirilib

9 İyun 2026
RSXM-də Elmi-Texniki Şuranın iclası keçirilib

9 iyun 2026-cı il tarixində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi-Texniki Şuranın iclası keçirilib. İclasda Elmi-Texniki Şuranın üzvləri, mərkəzin müvafiq şöbələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

İclasda çıxış edən AMEA nəzdində RSXM-nin baş direktorunun Elmi işlər və rəqəmsal inkişaf üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov əvvəlcə gündəliyi elan edib.

Qeyd edək ki, ETŞ-nin iclasının gündəliyində AMEA nəzdində RSXM-də yeni yaradılmış “Geofiziki tədqiqatlar və süni intellekt” və “Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr”  şöbələrinin Əsasnamələrinin təsdiq edilməsi və “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin kiçik elmi işççisi Xoşqədəm İsmayılzadənin “Kimyəvi meliorantların səmərəliliyinin qiymətləndirilməsi və tətbiqinin elmi-praktiki əsasları” elmi məruzəsinin müzakirəsi kimi məsələlər öz əksini tapıb.

Əvvəlcə ETŞ üzvləri AMEA nəzdində RSXM-də yeni yaradılmış “Geofiziki tədqiqatlar və süni intellekt” və  “Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr” şöbələrinin Əsasnamələri ilə tanış olublar və səsvermə nəticəsində hər iki şöbənin Əsasnaməsi qəbul edilib.

Daha sonra “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin kiçik elmi işçisi Xoşqədəm İsmayılzadə “Kimyəvi meliorantların səmərəliliyinin qiymətləndirilməsi və tətbiqinin elmi-praktiki əsasları” elmi məruzəsinin təqdim edib.

İclas məruzə ətrafındakı müzakirələrdən sonra öz işini yekunlaşdırıb.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə