RSXM-də Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib
Aprelin 27-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib.
İclasda şura sədri Afaq Səmədzadə RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən 2023-cü ilin birinci rübündə görülən işlər haqqında məlumat verib. Şura sədri mərkəzdə çalışan gənc əməkdaşların beynəlxalq və yerli elmi jurnallarda məqalələrin çap olunmasının zərurətindən danışaraq, mərkəzin gənc əməkdaşlarının bu istiqamətdə aktiv fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.
Müzakirələrdə həmçinin gənc alimlərin ölkəmizin elmi-ictimai həyatında iştirakı və digər məsələlərə də toxunulub.