Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də iclas keçirilib

1 Dekabr 2025
RSXM-də iclas keçirilib

Dekabrın 1-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində iclas keçirilib.

İclasda  çıxış edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Həmin sərəncama əsasən AMEA-nın bir qrup alimləri təltif edilib. AMEA nəzdində RSXM-nin “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli də təltif olunanlar arasındadır. T. Məmmədli Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Bu mükafatın AMEA nəzdində RSXM-nin fəaliyyətinə verilmiş qiymət olduğunu bildirən baş direktor Tahir Məmmədlinin Azərbaycanda seysmologiya elminin inkişafında böyük əməyi olduğunu  bildirib. Baş direktor “Tərəqqi” medalını T. Məmmədliyə təqdim edərək onu təbrik edib və gələcək fəaliyyətində  uğurlar arzulayıb.

Tədbirdə həmçinin “Zəlzələlərin Tədqiqatı Bürosu”nun rəis müavini Ruqiyyə Kərimova və “Qravimetriya” şöbəsinin böyük elmi işçisi Almaz İsmayılova 75 illik yubileyləri münasibətilə “Fəxri Fərman”la təltif olunublar.  

Baş direktor hər iki yubilyarı təbrik edərək, onlara can sağlığı və fəaliyyətlərində uğurlar arzu edib.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə