Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də özbəkistanlı qonaqlarla görüş keçirilib

5 Dekabr 2024
RSXM-də özbəkistanlı qonaqlarla görüş keçirilib

Dekabrın 5-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində özbəkistanlı qonaqlarla görüş keçirilib.

Görüşdə İ.M. Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin Daşkənd filialının icraçı direktoru Abdulla Maqrupov, filialın innovasiya və elmi işlər üzrə direktor müavini Davlatbay Jumabayev, filialın “Neft, qaz və qaz-kondensat yataqlarının işlənməsi” kafedrasının professoru Baxşillo Əkrəmov,  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun “Müasir qazmanın nəzəri və tətbiqi problemləri” şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev, AMEA nəzdində RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova,  "Zəlzələlərin tədqiqatı bürosu"nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büronun rəis müavini Ruqiyyə Kərimova, “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

Görüşdə RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova mərkəzdə aparılan kompleks seysmoloji-geofiziki tədqiqatlar, seysmik stansiyalar şəbəkəsinin fəaliyyəti və yeni açılan seysmik stansiyalar, aparılmış elmi tədqiqatların nəticəsinə dair təqdimatla çıxış edib.

Görüşdə birgə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı maraq doğuran suallara da aydınlıq gətirilib.

Daha sonra qonaqlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə