RSXM-də seminar keçirilib
Dekabrın 26-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində seminar keçirilib. Seminarda “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin kiçik elmi işçisi İlhamə Cəlilova “Binalar və qurğular üçün Qrunt təcilinin hesablanması” mövzusunda məruzə ilə çıxış edib. İ.Cəlilova öz məruzəsində çalışdığı şöbə tərəfindən aparılan geoloji-geofiziki tədqiqat işlərindən və həmin işlərin tətbiqi sahəsi haqqında danışıb.
Seminarda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli şöbə əməkdaşlarına tikinti sahələrində geoloji-geofiziki işlərin tətbiqi ilə bağlı aparılan tədqiqatların əhatəsinin daha da genişləndirilməsini tövsiyə edib.
Daha sonra məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırıb.