RSXM-də Yer Elmləri seksiyasının iclası keçirilib
İyunun 21-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Yer Elmləri seksiyasının mərkəzdə çalışan, 2020-2022-ci tədris ilini başa vuran magistrantların diplom işlərinin və bir nəfər doktorantın elmi məqaləsinin müzakirəsinə həsr olunmuş iclası keçirilib. İclasda RSXM-nin Yer Elmləri seksiyasının rəhbəri, geologiya-mineralogiya üzrə elmlər doktoru Tahir Məmmədli əvvəlcə gündəliyi elan edib. Daha sonra iclas məruzələrin təqdimatı ilə davam etdirilib.
İclasda Bakı Dövlət Universitetinin magistrantları – Gültəkin Musayeva “Azərbaycanın Şimal-Qərb hissəsinin seysmikliyi (Şəki-Zaqatala zonası) onun seysmoproqnostik sahələrdə əksi” ( Rəhbər:prof.Q.C.Yetirmişli), Aytac Alıyeva “Muradxanlı və Zərdab sahələrinin seysmoloji şəraiti və maqnitometrik tədqiqatlarla strukturların tektonik quruluşunun dəqiqləşdirilməsi” (Rəhbər:g-m.e.d H.Ö.Vəliyev), Əli Əlizadə “Ceyrançöl alçaqdağlıq zonasında içmək və məişətdə istifadəyə yararlı yeraltı suların axtarışında elektrik kəşfiyyat kompleksinin rolu” (Rəhbər: g-m.e.n. M.Mahmudova) mövzularında diplom işlərini və doktorant Almaz İsmayılova “Böyük Qafqazın və Orta Kür depressiyasının qovuşma zonasında qravimaqnitometrik tədqiqatlar” ( Rəhbər: prof. Q.C.Yetirmişli ) mövzusunda məruzəsini təqdim ediblər.
Təqdimatlardan sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi