RSXM-də yubiley tədbiri keçirilib
Sentyabrın 29-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində “Seysmoloji cihazlarla texniki nəzarət” şöbəsinin mühəndisi Yusif Bayramovun 80 illik yubileyi qeyd olunub.
AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli yubilyarı öz adından və kollektiv adından təbrik edərək bildirib ki, Yusif Bayramov uzun illərdən bəridir ki, Respublika Seysmoloji Xidmət Mərkəzində çalışır. Yusif Bayramov hər zaman bacarıqlı və məsuliyyətli işçi kimi ona göstərilən etimadı doğrultduğunu, kollektiv arasında böyük nüfuz və hörmət qazandığını deyən baş direktor Qurban Yetirmişli yubilyara can sağlığı arzu edib.
Yusif Bayramov ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirərərk, RSXM-nin böyük inkişaf yolu keçdiyini, əldə olunmuş uğurlarda mərkəz rəhbərliyinin və kollektivin böyük əməyinin olduğunu qeyd edib.
Daha sonra RSXM-nin baş direktoru, professor Qurban Yetirmişli Yusif Bayramovu 80 illik yubileyi və mərkəzdəki səmərəli fəaliyyətinə görə “Fəxri Fərman”la təltif edib.