RSXM əməkdaşları konfransda çıxış ediblər
31 may - 01 iyun tarixlərində AMEA Neft və Qaz İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Neft-Qaz problemləri və perspektivləri” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin əməkdaşları Lalə Piriyeva və Arzu Məmmədova «2011-2021-ci illər ərzində Böyük Qafqazın cənub-şərq yamacının müasir seysmogeodinamikası», “Qravimetriya” şöbəsinin əməkdaşı Əli Əlizadə isə “Qravimaqnitometrik məlumatlar əsasında deformasiya sahələrinin gərginlik vəziyyətinin qiymətləndirilməsi” mövzularında məruzə ilə çıxış ediblər.
Konfransın sonunda RSXM əməkdaşları sertifikatla təltif olunublar.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi