RSXM əməkdaşları konfransda iştirak ediblər
Mayın 8-də Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda X elmi-texniki konfransı keçirilib.
Konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və şöbənin mühəndisi Nərmin Təhlətli «Vp/Vs nisbətinin qiymətinin anomaliyası əsasında palçıq vulkanlarının yeraltı strukturunun tədqiqi» mövzusunda məruzə təqdim ediblər.
Konfrans iştirakçıları sonda sertifikatla təltif ediliblər.