RSXM əməkdaşları mükafatlandırılıblar
Azərbaycan Milli Elmlər Akademiyası Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Neft-Qaz problemləri və perspektivləri” mövzusunda keçirilən Respublika elmi-praktiki konfransında iştirak edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları təltif ediliblər.

“Zoom” platforması üzərindən həyata keçirilən konfransda RSXM-nin “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin əməkdaşı İlhamə Cəlilova və “Qravimetriya” şöbəsinin əməkdaşı Almaz İsmayılova iştirak ediblər. Hər iki əməkdaş konfransda fəal iştiraka görə AMEA Neft və Qaz İnstitutunun direktoru, akademik Fəxrəddin Qədirov tərəfindən sertifikatla təltif olunublar.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi