RSXM əməkdaşları növbəti vebinarda iştirak ediblər
İyulun 27-də ABŞ-ın “Kinemetriks” şirkəti tərəfindən tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə növbəti vebinar keçirilib.
Vebinarda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer Elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büro rəisinin müavini Ruqiyyə Kərimova və büronun mühəndis-proqramlaşdırıcısı Yeganə Muradova iştirak ediblər.
Vebinarda “Boulder Real Time Technologies”in əməkdaşı Mauricio Ciudad-Real tərəfindən “LNG (mayeləşdirilmiş təbii qaz) zavodlarında zəlzələdən sonra təhlükəsiz əməliyyatların davam etdirilməsi ” mövzusunda məruzə təqdim olunub.
Öz məruzəsində Mauricio Ciudad-Real enerji sənayesinin xüsusi ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş “KMI-LNG Texnologiya platforması”nı təqdim edib.
Təqdimatdan sonra məruzə ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.