RSXM əməkdaşları qardaş Türkiyədə baş verən zəlzələ zamanı həlak olanların xatirəsini yad ediblər
Fevralın 10-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və mərkəzin əməkdaşları Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin qarşısında qardaş ölkədə fevralın 6-da baş verən zəlzələ zamanı həyatını itirən zəlzələ qurbanlarının xatirəsini yad ediblər.
Mərkəz kollektivi adından səfirliyin qarşısına əklil qoyulub. Daha sonra qardaş ölkənin diplomatik korpus əməkdaşlarına RSXM-nin baş direktoru zəlzələ zamanı həyatını itirənlərlə bağlı baş sağlığı verərək, yaralılara tezliklə şəfa tapmağı arzu etdiyini deyib. Azərbaycan xalqının hər zaman qardaş Türkiyənin yanında olduğu bildirilib.