RSXM əməkdaşları təltif olunublar
30 noyabr - 1 dekabr 2021-ci il tarixində Azərbaycan-Fransız
Universitetində (UFAZ) Beynəlxalq Elmi konfrans keçirilib. Azərbaycan-Fransız
Universitetinin (UFAZ) təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Dövlət
Neft və Sənaye Universiteti, Fransanın Strasburq Universiteti, Fransa Ali Təhsil,
Tədqiqat və İnnovasiya Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində reallaşıb.

Konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin əməkdaşları - Şəbnəm Xədici, Lalə Piriyeva, Gülnar Hüseynzadə, “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin elmi işçisi Afaq Ağazadə, “Makroseysmik tədqiqatlar” şöbəsinin kiçik elmi işçisi Fəridə Ağakişiyeva və “Makroseysmik tədqiqatlar” şöbəsinin mühəndisi Qurbanzadə Sərvət məruzə ilə çıxış ediblər. Sonda RSXM əməkdaşları təşkilatçılar tərəfindən sertifikatla təltif olunublar.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi