Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşları vebinarda iştirak ediblər

26 May 2022
RSXM əməkdaşları vebinarda iştirak ediblər

Mayın 25-də ABŞ-ın “Kinemetrics” şirkəti tərəfindən növbəti vebinar keçirilib. Vebinarda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova və büronun mühəndis-proqramlaşdırıcısı Yeganə Muradova iştirak ediblər.

Bu dəfəki vebinar “Kinemetrics” şirkətinin nümayəndəsi professor Derek Skolnikin təqdimatı ilə keçirilib. Alim “Xəstəxanalarda zəlzələyə davamlılıq:OasisPlus Tədqiqatları” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, zəlzələ baş verən zaman əsas diqqət infrastruktur və xidmət sahələrinə yönəlir. Bunlardan başlıcası səhiyyə müəssisələri və onların təqdim etdiyi xidmətlərin əlçatan olmasıdır. Zəlzələ zamanı və ondan sonra cəmiyyətin xəstəxanalara ehtiyacı artdığından, bu regional mərkəzlərin fəaliyyətdə qalması vacibdir. Professor Derek Skolnik yüksək seysmik aktivlik olan bölgələrindəki iki xəstəxananın real vaxt rejimində zəlzələ müdaxilə sistemləri və prosedurlarını necə tətbiq etdiyinə dair təqdimat da nümayiş etdirib.

Xatırladaq ki, 2020-ci ildən başlayaraq hər ay “Kinemetrics” şirkətinin təşkilatçılığı ilə onlayn vebinarlar keçirilir və həmin vebinarlarda RSXM əməkdaşları davamlı şəkildə iştirak edirlər.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 
AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə