RSXM əməkdaşları vebinarda iştirak ediblər
Avqustun 31-də ABŞ-ın “Kinemetriks” şirkəti tərəfindən tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə növbəti vebinar keçirilib.
Vebinarda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer Elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büronun mühəndis proqramçısı Yeganə Muradova və mühəndisi Güllü Məhərrəmova iştirak ediblər.
Vebinarda “Kinemetriks” şirkətinin proqram mühəndisliyi üzrə meneceri Dennis Pumphrey tərəfindən “Quantix Q8 Yaddaş və Telemetriya” qurğusu mövzusunda məruzə təqdim olunub.
Təqdimatdan sonra məruzə ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.