Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşları vebinarda iştirak ediblər

29 Sentyabr 2022
RSXM əməkdaşları vebinarda iştirak ediblər

Sentyabrın 28-də ABŞ-ın “Kinemetriks” şirkəti tərəfindən tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə növbəti vebinar keçirilib.

   

Vebinarda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer Elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büronun rəis müavini Ruqiyyə Kərimova, büronun mühəndis proqramçısı Yeganə Muradova və mühəndisi Güllü Məhərrəmova iştirak ediblər.

“Dam Platforması ilə Əməliyyatların və Bənd Təhlükəsizliyinin Təkmilləşdirilməsi” mövzusunda təşkil olunan vebinarda “Kinemetriks” şirkətinin İsveçrə üzrə direktoru Mohamed El İdrissi "Seysmikliyin su hövzələrinə təsiri" mövzusunda məruzə ilə çıxış edib. 

Təqdimatdan sonra məruzə ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə