Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşları vebinarda iştirak ediblər

6 Aprel 2023
RSXM əməkdaşları vebinarda iştirak ediblər

Aprelin 5-də ABŞ-nın “Kinemetrics” şirkəti tərəfindən tərəfdaş ölkələrin seysmoloji mərkəzlərinin əməkdaşları üçün növbəti vebinar keçirilib.

Vebinarda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova və büro rəisinin müavini Ruqiyyə Kərimova iştirak ediblər.

 

Vebinarda “Kinemetrics” şirkətinin vitse-prezidenti, Açıq Sistemlər və Xidmətlər şöbəsinin rəhbəri Mathias Franke “Məlumatların toplanması” mövzusunda məruzə ilə çıxış edib. Mathias Franke məruzəsində “real vaxt” rejimində dünya seysmik sistemlərində məlumatların yüksək dəqiqliklə necə toplanmasını təsvir edib. 

Təqdimatda həmçinin böyük missiya-kritik sistemlərdə məlumat toplanmasının sübut edilmiş təcrübəsinə əsaslanan xüsusi texnologiyanın praktiki tətbiqinə xüsusi yer verilib. 

Daha sonra iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib. 

Xatırladaq ki, ABŞ-nın “Kinemetrics” şirkəti tərəfindən yeni texnologiyaların və proqramların tətbiqinə dair məlumatlandırma xarakterli vebinarlar hər ay keçirilir və RSXM-nin əməkdaşları bu müzakirələrdə mütəmadi olaraq iştirak edirlər.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə