Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşları vebinarda iştirak ediblər

29 May 2025
RSXM əməkdaşları vebinarda iştirak ediblər

Mayın 28-də ABŞ-nın “Kinemetrics” şirkəti tərəfindən tərəfdaş ölkələrin seysmoloji mərkəzlərinin əməkdaşları üçün növbəti vebinar keçirilib. Vebinarda tərəfdaş ölkələrin nümayəndələri ilə yanaşı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova və büronun rəis müavini Ruqiyyə Kərimova  iştirak ediblər. 

                                                                          

“Kinemetrics” şirkətinin proqramlaşdırıcısı  Brandon Parrott  vebinarda “Zəlzələlərin Monitorinqi və Cavabında Effektivliyi və Çevikliyi Təkmilləşdirmək üçün Tətbiqi Texnologiyalar”mövzusunda məruzə ilə çıxış edib. Bu təqdimatın əsas məqsədi sistemin arxitekturasının kritik, asanlıqla buraxılmış elementlərinə, iş axınına və mövcud texnologiyaların tətbiqinə yönəlmişdir.

Öz çıxışında Brandon Parrott zəlzələ monitorinqi sistemlərinin tələblərə uyğunluğunun təmin edilməsində texnoloji, davranış və memarlıq yanaşmasını təqdim edib. Məruzəçi iştirakçı ölkələrin nümayəndələri tərəfindən iş prosesində qeydə alınan məsələlər və yaranan suallar barədə ətraflı danışıb.

Xatırladaq ki, ABŞ-nın “Kinemetrics” şirkəti tərəfindən yeni texnologiyaların və proqramların tətbiqinə dair məlumatlandırma xarakterli vebinarlar hər ay keçirilir. AMEA nəzdində  RSXM-nin əməkdaşları bu müzakirələrdə mütəmadi olaraq iştirak edirlər.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə