RSXM əməkdaşları “Zəlzələ zamanı davranış qaydaları” mövzusunda növbəti təlim keçiblər
AMEA nəzdində RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq orta məktəblərdə “Zəlzələ zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir.
Mayın 12-də AMEA nəzdində RSXM-nin əməkdaşları Bakı şəhəri, Səbail rayonu 132-134 nömrəli Təhsil Kompleksində “Zəlzələ zamanı davranış qaydaları” mövzusunda təlim keçiblər. Tədbirdə RSXM-nin “Maqnitometriya” şöbəsinin kiçik elmi işçisi Aygün Sultanova iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verib.
Həmçinin mərkəz əməkdaşları tərəfindən şagidlərə “Zəlzələ zamanı davranış qaydaları”na dair bukletlər paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.