Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşlarının “Modeling, control and information technologies” jurnalında məqaləsi çap olunub

9 Dekabr 2024
RSXM əməkdaşlarının “Modeling, control and information technologies” jurnalında məqaləsi çap olunub

Ukraynada nəşr olunan “Modeling, control and information technologies” jurnalında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları - baş direktorun İnnovativ layihələr üzrə müavini, siyasi elmlər doktoru Fətəli Abdullayev, "Kompleks tədqiqatların elmi araşdırılması" şöbənin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov və "Geoekologiya" şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanovun birgə müəllifliyi ilə məqalə çap olunub.

“The Unmanned Robotic Complex For The Small Arms Fire Evaluation” (Atıcı Silahlardan Atəşin Qiymətləndirilməsi üçün Pilotsuz Robot Kompleksi) adlı məqalədə atıcı silahlardan atəşin qiymətləndirilməsi üçün hazırlanmış pilotsuz robot kompleksi təqdim olunur. Məqalədə sistemin iş prinsipi qısaca təsvir edilib və texniki xüsusiyyətləri verilib.

Məqalə ilə aşağıdakı linkdən tanış olmaq olar:

https://itconfdoc.nuwm.edu.ua/index.php/ITConf/article/view/457

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə