Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşlarının Türkiyənin zəlzələ bölgəsində tədqiqatları davam edir

8 Aprel 2023
RSXM əməkdaşlarının Türkiyənin zəlzələ bölgəsində tədqiqatları davam edir

Qardaş Türkiyə Respublikasında səfərdə olan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları zəlzələ bölgəsində tədqiqatlara başlayıblar.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərlik etdiyi mütəxəssislər qrupu ilk olaraq fevralın 6-da baş verən birinci zəlzələnin ərazisində - Qaziantep şəhərində Pazarcıq adlanan ərazidə, Adıyamanın Balkar kəndində ( yer səthində 4 metr yerdəyişmə olub), Gölçübaşı kəndində(əyilən binaların yoxlanması) və Kahramanmaraşda tədqiqatlara başlayıblar.

 Kahramanmaraşda mərkəz əməkdaşları tərəfindən bir ədəd maqnitometrik istinad stansiyası qurulub. Bundan başqa, Pazarçık ərazisində yeni binaların inşa ediləcəyi yerlərdə profillər üzrə maqnitometrik, qravimetrik və mühəndisi seysmik tədqiqatlar aparılacaq ərazilər seçilib. 

RSXM əməkdaşları tərəfindən qardaş ölkənin zəlzələ bölgəsində aparılan tədqiqatlar davam edir.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə