RSXM-nin baş direktoru “Геология и геофизика Юга России”jurnalının redaksiya heyətinə üzv seçilib
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Rusiyada daha bir elmi jurnalın redaksiya heyətinə üzv seçilib. Q. Yetirmişli “Геология и геофизика Юга России”elmi jurnalının redaksiya heyətində Azərbaycandan olan yeganə alimdir.

Qeyd edək ki, RSXM-nin baş direktoru bundan əvvəl Rusiyada Yer elmləri sahəsinə aid olan daha üç elmi jurnalda redaksiya heyətinin üzvü idi.