RSXM-nin baş direktoru Türkiyədə səfərdə olub
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli 8-14 yanvar 2023-cü il tarixlərində Türkiyə Respublikasında səfərdə olub.
Səfər çərçivəsində RSXM-nin baş direktoru Kandilli Rəsədxanası, Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti, Regional Zəlzələ-Tsunami Monitorinq Mərkəzi və Boğaziçi Universitetində bir sıra işgüzar görüşlər keçirib.
Keçirilən görüşlərdə iki ölkə arasında seysmoloji sahədə əməkdaşlığın genişləndirilməsi, AFAD-ın dəstəyi ilə Şuşada seysmik stansiyanın quraşdırılması, iki qardaş ölkə seysmoloqlarının beynəlxalq meqa layihələrdə birgə iştirakı, seysmik stansiya məlumatlarının qarşılıqlı mübadiləsi və s. kimi məsələlər müzakirə olunub.
Həmçinin Türkiyə tərəfindən gələcəkdə Azərbaycana 10 ədəd GPS stansiya verilməsinin də nəzərdə tutulduğu qeyd olunub.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi