Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nın baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdə olub

16 May 2025
RSXM-nın baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdə olub

12-16 may 2025-ci il tarixlərində Qazaxıstanın Almata şəhərində Lourens Livermor Milli Laboratoriyasının Seysmik Əməkdaşlıq Proqramının və Beynəlxalq Elm və Texnologiya Mərkəzinin (İSTC) təşkilatçılığı ilə "Seysmik Məlumatlarının İdarə Edilməsi" mövzusunda toplantı keçirilib. Toplantıda Azərbaycan, ABŞ, Qırğıstan, Gürcüstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və digər başqa ölkələrdən nümayəndə heyətləri iştirak ediblər.

İclasda Azərbaycanı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətində RSXM-nin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəis müavini Ruqiyyə Kərimova və mühəndis-proqramlaşdırıcısı Nail Qazıyev təmsil olunublar.

Keçirilən görüşlərdə seysmik məlumatların idarə edilməsi üzrə təlimlər aparılıb. Eləcə də “SeisComp” və “EarthScope” məlumatlarının  keyfiyyətinə nəzarət proqramları üzrə geniş müzakirələr aparılıb.

Sonda təlim iştirakçıları sertifikatla təltif olunublar.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə