RSXM-nin baş direktorunun xarici jurnalda məqaləsi çap olunub
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin xarici ölkələrdən olan seysmoloq alimlərlə birgə “America Geophysical Union” (Amerika Geofizika İttifaqı) “Geophysical Research Letters” jurnalında “Dynamically Triggered Tectonic Tremors and Earthquakes in the Caucasian Region Following the 2023 Kahramanmaraş, Türkiye, Earthquake Sequence” (2023-cü ildə Türkiyənin Kahramanmaraş vilayətində baş verən ardıcıl zəlzələlərdən sonra Qafqaz regionunda dinamik olaraq tətiklənmiş zəlzələlər və tektonik təkanlar) mövzusunda məqaləsi dərc olunub.
Məqalədə 2023-cü ildə Türkiyənin Kahramanmaraş vilayətində ardıcıl olaraq baş verən 7,8 Mw və 7,5 Mw zəlzələlərdən sonra Qafqaz regionunda zəlzələlərin dinamikasının artmasından bəhs olunur. Tədqiqatlar əsasən güclü təkanlar zamanı əmələ gələn böyük amplitudalı səthi dalğaların yaratdığı seysmik hadisələrlə bağlıdır.
Məqalədə mövcud stansiyalarda səthi dalğaların enerjilərini öyrənməklə Azərbaycanda dərin tektonik təkanlara dair ilk müşahidələr təqdim edilib.
Məqalə ilə aşağıdakı linkdən tanış olmaq olar:
https://agupubs.onlinelibrary.wiley.com/doi/full/10.1029/2024GL110786