RSXM-nin elmi jurnalının yeni nömrəsi işıq üzü görüb
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin ingilisdilli elmi nəşri olan “Seismoprognosis observations in the territory of Azerbaijan” (“Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”) elmi jurnalının növbəti sayı nəşr olunub.
Jurnalda respublika ərazisində aparılmış seysmoloji, geofiziki, maqnometrik və qravimetrik tədqiqatların nəticələrinə dair məqalələr çap olunub.
Qeyd edək ki, Yer elmləri bölməsi üzrə dünyanın məşhur alimlərinin də redaksiya heyətində təmsil olunduğu jurnal ildə iki dəfə nəşr edilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərinin siyahısındadır.
Jurnalın baş redaktoru RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, məsul katibi isə İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızıdır.