Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin elmi katibi “Fəxri Fərman”la təltif edilib

16 İyul 2025
RSXM-nin elmi katibi “Fəxri Fərman”la təltif edilib

İyulun 16-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 56-cı  ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi rəhbərliyə gəlməsi, onun rəhbərliyi dövründə Azərbaycanda aparılan quruculuq işləri, elmin və təhsilin inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi islahatlar haqqında ətraflı danışıb.

AMEA prezidenti Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu olduğunu və bu gün də onun siyasi xəttinin Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Akademik İsa Həbibbəyli  çıxışında Vətən müharibəsi haqqında danışarkən Cənab Ali Baş Komandanın rəhbərliyi altında ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edildiyini və Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etdiyini bildirib.  

Tədbirdə həmçinin, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov çıxış ediblər.

Sonda AMEA-nın elmi müəssisə və təşkilatlarını təmsil edən və aktiv ictimai-siyasi fəaliyyəti ilə seçilən bir qrup əməkdaşa  AMEA-nın və YAP Yasamal rayon təşkilatının "Fəxri Fərman”ı və “Təşəkkürnamə” təqdim edilib.

AMEA nəzdində RSXM-nin elmi katibi Lalə İbrahimova “Konstitusiya və Suverenlik İli” çərçivəsində partiyada ictimai-siyasi fəaliyyətinə görə YAP Yasamal rayon təşkilatı tərəfindən “Fəxri Fərman”la təltif edilib.

 

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə