Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin Elmi Texniki Şurasının iclası keçirilib

30 Aprel 2025
RSXM-nin Elmi Texniki Şurasının iclası keçirilib

Aprelin 30-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi-Texniki Şuranın (ETŞ) iclası keçirilib.

İclasda AMEA-nın Yer Elmləri bölməsinin üzvləri, Elmi-Texniki Şuranın üzvləri, RSXM-nin rəhbərliyi, müvafiq şöbələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Elmi-Texniki Şuranın iclasında çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli əvvəlcə gündəliyə daxil olan məsələlər haqqında məlumat verib.

Daha sonra "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri,  geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova  “Paleoseysmoloji məlumatlara əsasən Böyük Qafqazda tarixi zəlzələlərin  episentral zonalarının müəyyən edilməsi (2023-2024-cü illər)”, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev  “Abşeron yarımadası ərazisində seysmik təhlükəni şərtləndirən amillərin tədqiqi (2021-2024-cü illər)”, “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin elmi işçisi Aybəniz Kərəmova ”Flüidohidrogeokimyəvi sahələrdə anomaliyaların müasir geodinamikada rolu (2023-2024-cü illər)” mövzularında məruzələr təqdim ediblər.  

Təqdimatdan sonra məruzələr ətrafında müzakirələr aparılıb və məruzələr Elmi-Texniki Şura üzvləri tərəfindən qəbul olunub.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə